Close

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin təbriki

Bu gün görkəmli şair, dramaturq, tərcüməçi, filoloq alim, pedaqoq, Azərbaycan Respublikasının Xalq şairi, Heydər Əliyev mükafatı, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenləri laureatı Nəriman Həsənzadənin doğum günüdür (18.02.1931).

Xalq şairini təbrik edir, möhkəm cansağlığı diləyir, ən xoş arzularımızı yetirir və "Bizim şeir gecəmiz" şeiri ilə salamlayırıq:

 

Xalq şairi Söhrab Tahirə

Yuxuda gördüm ki, yenə görüşdü,
yığılıb el gəlir yanıma səssiz.
Bakı elə böyük, elə genişdi;
Söhrab, bildirişsiz, dəvətnaməsiz
Təbrizdən, Səlmasdan, Gəncə tərəfdən,
gəlib şerimizi dinləyir Vətən.

Anan Nəsibəni görürəm, Söhrab,
Al! - deyib, çörəyi batırır duza.
Baş əyib, mən salam verirəm, Söhrab,
bizim o taydakı oxucumuza.

Uşaqlar görürəm sonra arada,
şeir gecəmizə gənc, qoca gəlib.
Sonra Pişəvəri... qabaq sırada,
deyirlər, səngərdən birbaşa gəlib.

Uzanır qarşımda bir qumlu səhra,
durub gözləyirəm Günəşi - doğsun.
Sən niyə susursan qarşımda, Söhrab,
Niyə demirsən ki, yuxun çin olsun?!

Azərbaycan Respublikası
Milli Məclisinin Mədəniyyət Komitəsi