Close

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Mayın 7-də Milli Azərbaycan Tarixi Muzeyində mədəniyyət və incəsənət xadimlərinə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalına layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə medallar təqdim edilib.

Tədbirdə Azərbaycan mədəniyyətinə, incəsənətinə göstərdiyi davamlı dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq ifadə olunub.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, bir qrup mədəniyyət və incəsənət xadimi Ümummilli Lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, azərbaycançılıq ideyasının həyata keçirilməsi, ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında, həmçinin dövlət idarəçiliyində və ictimai-siyasi sahədə xidmətlərinə görə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

dsc-4184

74a8d6f4-29dc-4f56-a4d1-1381e49d6bb3

9bb5049e-b840-4e2b-9656-85ed2554c2e1

dsc-4176