Close

NİYƏ GETDİN...

Bəstəkar Adil Bəbirov

Bir qara göz görəndə,
Gözünə bənzətmişəm.
Bir gülər üz görəndə,
Üzünə bənzətmişəm.

Nəqərat:

Gözləməyib getdin sən,
Darıxıb yandı könlüm.
Gəl, səni gözləyirəm,
De, niyə getdin, gülüm?

İndi vaxtında hər gün
Mən keçirəm o yerdən.
Səni kimdən soruşum,
Kimdən xəbər alım mən?

Nəqərat:

Gözləməyib getdin sən,
Darıxıb yandı könlüm.
Gəl, səni gözləyirəm,
De, niyə getdin, gülüm?