Close

YOX DEYƏ-DEYƏ

Bəstəkar Ramiz Mirişli

Gəldin görüşümə arabir yenə,
çıxmadın sözümdən yox deyə-deyə.
Hayana getdinsə, yolun bir oldu,
getmədin gözümdən, yox deyə-deyə.

Bəlkə məhəbbətin hökmü belədir,
incidin arabir, küsdün arabir.
Bildin ki, sədaqət ürəyimdədir,
qayıtdın yenə sən yox deyə-deyə.

De, niyə dolaşdı ağzında sözün,
özün tutduğuna mat qaldın özün?
Dolandı qolların boynuma bir gün,
öpdün də üzümdən, yox deyə-deyə.