SƏNSƏN HƏYATIM
Bəstəkar Ələkbər Tağıyev
Ay sevgilim, çağır məni,
gəlim sizə qonaq olum.
Əsim səhər mehi kimi,
saçında daraq olum.
Sevgilim, küsmə gəl,
de, bir nədir günahım?
Ümidimi üzmə gəl,
təkcə sənsən pənahım.
Sevgilim, sevirəm,
sənsən qanadım mənim.
Sevgilim, sevirəm,
sənsən həyatım mənim.
Qələm olsam, varağım ol,
susuz olsam, bulağım ol.
Sən evim ol, otağım ol,
mən yanan çırağın olum.
Sevgilim, küsmə gəl,
de, bir nədir günahım?
Ümidimi üzmə gəl,
təkcə sənsən pənahım.
Sevgilim, sevirəm,
sənsən qanadım mənim.
Sevgilim, sevirəm,
sənsən həyatım mənim.
