Close

YAŞATDIN ELLƏRİ

Bəstəkar Şəfiqə Axundova

Yolunu gözlədim... xəbərin, oğlum,
ləngidi yollarda, izlərdə qaldı.
Sənsiz buz bulaqlar göy meşələrdə,
ceyranlar, cüyürlər düzlərdə qaldı.

Getdin köməyinə elin, vətənin,
kəsdin qabağını dumanın, çənin.
Boy gördüm, boyuna bənzətdim sənin,
göz gördüm, gözlərim gözlərdə qaldı.

Yaşatdın ellərin hər öyüdünü,
anan halal edir sənə südünü,
Hər il yaşa dolur Qələbə günü,
adın söhbətlərdə, sözlərdə qaldı.