MƏNƏ ELƏ GƏLİR
Bəstəkar Sevda İbrahimova
Mənə elə gəlir görüşəcəyik,
uzun sürməyəcək bu həsrət, bu qəm.
Sonra təəssüflə gülüşəcəyik,
sənə necə gəlir... onu bilmirəm.
Mənə elə gəlir, mənim çiçəyim,
gedər küsümüz də bir dəfə görsəm.
Genişdir, böyükdür sənin ürəyin,
sənə necə gəlir... onu bilmirəm.
Mənə elə gəlir, haraya getsən
gözündə, könlündə yalnız tək mənəm.
Sən məni unuda bilməyəcəksən,
sənə necə gəlir... onu bilmirəm.
Mənə elə gəlir, yaşamaq olmaz,
günəşsiz, havasız – belədir aləm.
Həmdəmsiz çətindi... söz çox, ömür az,
sənə necə gəlir... onu bilmirəm.
