Xəldup Kərzun (Suriya) - KÖRPƏLƏRIN SƏADƏTI NAMİNƏ
(İxtisarla)
Gözəldir, göyçəkdir bizim
körpələr,
dünya -
hərəsinin öz oylağıdır.
Gör necə qəşəngdir körpə
biləklər,
elə bil
ən zərif gül saplağıdır.
Bizim sabahımız -
bu körpələrdir.
bizim pənahımız –
bu körpələrdir.
Onlardır
dünyanın ən qiymətlisi,
bu günün,
sabahın ən şöhrətlisi.
Atalar, analar,
qalxın ayağa -
körpə ayaqlara yeriş gərəkdir,
körpə dodaqlara gülüş
gərəkdir,
hər beşik üstünə günəş
gərəkdir...
Qalxın,
bu səadət xətrinə qalxın!
Bu dostluq,
bu ülfət xətrinə qalxın!
Xərabələr üstə şən həyat
olsun,
biz quraq, yaradaq, onlar şad
olsun.
