Mustay Kərim - (Başqırd xalq şairi)
Bu şeir toy məclisində oxunmuşdur...
Bülbül gətirərdim bu məclisə mən,
Oxuyub ötməkdə o, tək olardı.
Çəmən gətirərdim, elə bir çəmən,
Üstü gül olardı, çiçək olardı.
Dərədən dərinlik alıb gələrdim,
Buluddan sərinlik alıb gələrdim,
Günəşdən istilik alıb gələrdim,
Ayı da üstəlik alıb gələrdim.
Yaşıl yarpaqların xışıltısmı,
Billur bulaqların pıçıltısını,
Yığıb gətirərdim, eh nələr, nələr...
Sizə gərəkdimi bu hədiyyələr?!
A mənalı baxış, a mehriban qız!
Şirin danışdınız, asta güldünüz.
Mən isə ucadan danışam gərək,
Sizə bir söz deyəm bu axşam gərək:
Beləcə sevinin, beləcə gülün,
Ürəkdə nə qüssə, nə də qəm olsun.
Eşqin, məhəbbətin qədrini bilin,
Qoy bu məsləhətim - hədiyyəm olsun.
