Close

Leonid QORLAÇ (Ukrayna şairi)

Mən günəşli Azərbaycan torpağını, onun mavi gözlü Xəzərini, məşhur Neft daşlarını görməmişəm, Qaraşəhərdən, Ağşəhərdən keçməmişəm, İçərişəhərini bayırdan belə görməmişəm.

Azərbaycanın 416-cı diviziyasının igid oğlanları, şəfa əlli şəfqət bacıları alman faşistlərinə qarşı bütün sovet xalqı ilə birlikdə vuruşmuş, mənim Ukraynanın xilas edilməsində böyük hünər göstərmişlər. Mən eşitmişəm ki, Dnepr çayı sahilində müharibənin ən ağır vaxtlarında Azərbaycan dilində əmrlər verilmişdir. Xalqımızın dostluğu çətin günlərdə səngərlərdə sınaqdan çıxmışdır.

Azərbaycana gəlmək, onu görmək, yazmaq həvəsi ilə ürəyim doludur.

Sizin dostunuz Leonid Qorlaç

 

KİYEV

Mənim sakit, gurultusuz şeirlərim,
          bərki daim əzələtək.
Qoy tərpətsin, qoy oynatsın hər vaxt səni
          yazda, qışda əsən külək.
Günəşin od şüasında od al bir az,
          qaral bir az.

Cavan liman fəhləsinin kürəyində
          açıl bir az,
          biləyində
          yığıl bir az.

Bax, beləcə... bir gün, şerim,
mənim titan Ukraynamın
          bədənində əzələtək
          görün, şerim!